Baydendən Trampa vida məktubu: “Sənin üçün dua edəcəm”

Dünya

23.01.2025 - 10:55

Həkimlər Klinikalar SEO Xidməti

“Amerika xalqı və dünyanın hər yerindən insanlar tarixin qaçılmaz fırtınaları zamanı bu binanın sabitliyinə ümid edir”

ABŞ-ın keçmiş Prezidenti Co Bayden varisi Donald Trampa vida məktubunda prezidentlik müddəti boyunca “onun üçün dua edəcəyini” yazıb. AYNA bildirir ki, Ağ Evə göndərilən məktubu “Fox News” yayımlayıb.

“Amerika xalqı və dünyanın hər yerindən insanlar tarixin qaçılmaz fırtınaları zamanı bu binanın sabitliyinə ümid edir. Dua edirəm ki, növbəti dörd il xalqımız üçün firavanlıq, sülh və lütf dövrü olsun. Allah ölkəmizə firəvanlıq nəsib etsin. Sənin rəhbərlik etdiyin dövrdə dua edəcəm”, - Bayden məktubunda qeyd edib.

Tramp məktubu “bir az ruhlandırıcı” adlandırıb və “insanların bunu görməsinə icazə verməli olduğunu” deyib.

Yanvarın 20-də Trampın andiçmə mərasimi ərəfəsində CNN vəzifəsini tərk edən Baydenin varisinə vida məktubu yazmağı planlaşdırdığını qeyd etmişdi. Müasir ənənə, gedən liderin Oval Ofisdə gələn lider üçün məktub buraxmasıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş