Bayden söz verdi: Ukraynanın hava hücumundan müdafiəsi gücləndiriləcək

Dünya

09.07.2024 - 11:43

Həkimlər Klinikalar SEO Xidməti

“Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirmək üçün yeni tədbirləri elan edəcəyik”

ABŞ Prezidenti Co Bayden Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün tədbirlər görməyə söz verib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Amerika lideri bəyanat verib.

“Müttəfiqlərimizlə birlikdə şəhərləri və mülki əhalini Rusiyanın hücumlarından qorumaq üçün Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirmək üçün yeni tədbirləri elan edəcəyik”, - bəyanatda qeyd edilib.

Əvvəllər bildirilmişdi ki, ABŞ NATO-nun Vaşinqtonda keçiriləcək sammitində Ukraynanın hava hücumundan müdafiə sistemlərini gücləndirmək üçün yeni tədbirləri elan etməyi planlaşdırır. Mənbənin sözlərinə görə, söhbət “tarixi və uzaqgörən addımlar”dan gedir, lakin o, bunun Kiyevə yeni “Patriot” hava hücumundan müdafiə sistemlərinin təhvil verilməsini nəzərdə tutduğunu dəqiqləşdirməyib.

Xatırladaq ki, NATO-nun sammiti iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş