Bayden nüvə təhdidlərindən danışdı: “Putin zarafat etmir”

Dünya

07.10.2022 - 12:14

Həkimlər Klinikalar SEO Xidməti

“Kubadakı raket böhranından sonra ilk dəfədir ki, bizim birbaşa nüvə silahından istifadə təhlükəmiz var”

ABŞ Prezidenti Co Bayden Rusiyanın nüvə təhdidlərinə münasibət bildirib. AYNA xarici mediaya istinadən bildirir ki, Bayden oktyabrın 6-da Demokratlar Partiyasının Nyu-Yorkda keçirilən xeyriyyə tədbiri zamanı deyib ki, son altmış ildə dünya nüvə fəlakətinə bu qədər çox yaxın olmayıb.

“Kubadakı raket böhranından sonra ilk dəfədir ki, bizim birbaşa nüvə silahından istifadə təhlükəmiz var”, - Bayden deyib.

ABŞ Prezidenti nüvə təhdidlərini Rusiya ordusunun Ukraynadakı döyüş meydanında məğlubiyyəti ilə əlaqələndirib.

Bayden həmçinin vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin taktiki nüvə silahının, bioloji və ya kimyəvi silahların potensial istifadəsi haqqında danışarkən zarafat etmir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş