"Bavariya" Filipp Koutinyonun müqaviləsini yeniləyəcək

İdman

19.05.2020 - 04:46

Sözləşmə avqustun axırına qədər uzadılacaq

 

"Bavariya" yarımmüdafiəçi Filipp Koutinyonun müqaviləsini yeniləyir.

 

AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, braziliyalı oyunçunun icarə müddəti uzadılacaq.

 

Münhen klubu "Barselona"dan icarəyə götürdüyü ulduz futbolçunu iyunun sonuna qədər olan sözləşməsini avqustun axırına qədər uzadacaq. Almanlar zədəli olduğu üçün iyunun ortalarına qədər sıradan çıxan Koutinyonun Çempionlar Liqasında və Almaniya Kubokunda komandaya kömək etməsini istəyir.

 

Qeyd edək ki, "Bavariya" Koutinyonun birdəfəlik transfer hüququndan yararlanmayacaq.

Müəllif: Ayna.az