Batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas edilib

Xəbərlər

03.08.2023 - 00:31

FHN məlumat yayıb

Bu gün dənizdə batma təhlükəsi ilə üzləşən səkkiz nəfər xilas olunub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Görədil”, “Astara”, “Qızılqum” sularda xilasetmə məntəqəsinin ərazisində, “Şirvan”, “Şüvəlan” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) və Buzovna ictimai çimərliyinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən səkkiz nəfər xilas olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş