Başqırdıstanda məscid yandırılıb

Dünya

22.08.2025 - 12:25

Gənc oğlan məscidin girişinə yaxın yerdə “molotov kokteyli” atıb və qaçıb

Başqırdıstanda naməlum şəxs məscidi yandırıb. Bu barədə AYNA.AZ rus "Telegram" kanallarına istinadən bildirir.

Blaqoveşenskdə baş verən hadisənin şahidlərinin sözlərinə görə, gənc oğlan Sovetskaya küçəsində yerləşən məscidin girişinə yaxın yerdə “molotov kokteyli” atıb və qaçıb.

10 kvadratmetr sahədə yanğın baş verib: girişə yaxın olan xalça və şəxsi əşyalar yanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş