Basketbolçularımız ikinci oyunda məğlub olub

İdman

01.08.2023 - 04:43

Millimizin qrupdakı sonuncu oyunu Moldova yığmasına qarşı olacaq

Bakıda 18 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunun qrup oyunları davam edir.

AYNA xəbər verir ki, A qrupunda qərarlaşmış U-18 millimiz qrupdakı ikinci oyununda Cənubi Kipr yığması ilə üz-üzə gəlib və rəqibinə 48-78 hesabı ilə məğlub olub.

Millimizin qrupdakı sonuncu oyunu Moldova yığmasına qarşı olacaq. Oyun 3 avqust saat 20:00-da baş tutacaq.

Müəllif: Ayna.az