Baş Prokurorluqdan karantin qaydalarını pozanlara ciddi <font color=red> XƏBƏRDARLIQ</font>

Cəmiyyət

09.12.2020 - 11:49

Qaydaları pozanların cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək

 

Koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması ilə bağlı ölkəmizdə geniş miqyaslı kompleks siyasi, iqtisadi və sosial tədbirlər həyata keçirilir. Bu barədə AYNA-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

 

“Təəssüflə bildiririk ki, koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına rast gəlinir. Məsələnin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edir ki, karantin rejimininin tələblərini pozan şəxslərin müvafiq inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək”, - Mətbuat Xidmətindən bildirilib.

Müəllif: Ayna.az