Baş nazir qərar imzalayıb

Xəbərlər

19.01.2024 - 18:34

Mərkəzi Seçki Komissiyasının xidməti avtomobillərinin sayı artırılıb

Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” 18 iyul 2011-ci il tarixli qərarında dəyişiklik edib.

AYNA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Mərkəzi Seçki Komissiyasının xidməti avtomobillərinin sayı 19-dan 22-yə çatdırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş