Baş nazir Bakıda COVID-19-la mübarizə aparan həkimlərin maaşları ilə bağlı qərar imzalayıb

Xəbərlər

17.01.2024 - 10:58

Tibb işçilərinin əmək haqlarına edilən əlavənin müddəti uzadılıb

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əmək haqlarına edilən əlavənin müddəti uzadılıb.

AYNA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bu müddət aprelin 2-dək uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət yanvarın 2-dək nəzərdə tutulmuşdu.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş