Banqladeşdə daşqın nəticəsində ölənlərin sayı 70-i keçib

Dünya

26.06.2022 - 09:32

Artıq bir həftədir ki, şəhərə humanitar yardım çatdırılmır

Banqladeşin müxtəlif bölgələrində güclü leysanların törətdiyi daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı artıb. Bu barədə AYNA xarici KİV-ə istinadən xəbər verir.

Təbii fəlakət nəticəsində 73 nəfər ölüb, 4 milyondan çox insan isə fəlakət zonasında qalıb.

Ölkənin şimal-şərqində Surma çayının sahilində yerləşən Silhet şəhəri ən çox zərər çəkib. Artıq bir həftədir ki, şəhərə humanitar yardım çatdırılmır.

Bu arada Surma çayında suyun səviyyəsi azalmağa başlayıb, lakin Hindistan ştatlarından keçərək Banqladeşin şimal-şərqinə çatan Barak çayı yüksəlməkdə davam edir.

Müəllif: Ayna.az