Balıq ovuna qadağa qüvvəyə minir

Xəbərlər

28.04.2021 - 14:09

Həkimlər Klinikalar SEO Xidməti

Xidmət rəisi hər kəsi balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtinaya çağırıb

 

Balıqların kürütökmə dövrü ilə əlaqədar mayın 1-dən balıq ovuna 4 aylıq moratorium qüvvəyə minir. AYNA xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

 

O, balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri moratoriumun qüvvədə olduğu dövrdə balıq ovlamamağa və qaydalara əməl etməyə çağırıb: “Balıq ovuna qoyulan moratorium sentyabrın 1-dək davam edəcək. Bu müddətdə balıq ovu ilə məşğul olan hər kəsi balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina etməyə dəvət edirik”.

 

Nazirlik rəsmisi icazəsiz balıq ovunun qarşısının alınması və balıqların kürütökmə dövrü ilə əlaqədar maneələrin aradan qaldırılması məqsədilə Su Nəqliyyatında Polis İdarəsi ilə birlikdə ölkənin daxili su hövzələrində “Təmiz hövzələr” aksiyasının həyata keçirildiyini də vurğulayıb.

 

H.Əlizadə həmin aksiyaların ölkənin bütün sututarlarında davam etdirildiyini, may ayından isə Xəzər dənizində keçiriləcəyini balıq ovu ilə məşğul olanların diqqətinə çatdırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş