Balakənli “Vitka” tutulub

Hadisə

27.03.2020 - 11:17

Həkimlər Klinikalar SEO Xidməti

Rayon polisi əməliyyat keçirib

 

Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçiriblər. Daxili İşlər Nazirliyindən (DİN) AYNA-ya verilən məlumata görə, RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş rayonun Qullar kənd sakini, “Vitka” ləqəbli Vidadi Əmralıyev saxlanılıb.

 

Şəxsi axtarış zamanı ondan 115 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana və 5,27 qram çətənə bitkisinin toxumları aşkar edilib.

 

Davam etdirilən əməliyyat tədbirləri ilə onun Qullar kəndi ərazisindəki yaşadığı evə və evin həyətyanı sahəsindəki tikililərə də baxış keçirilib. Oradan dörd ədəd sellofan torbada ümumi çəkisi 7 kiloqram 50 qram qurudulmuş marixuana, 104 qram çətənə bitkisinin toxumları, iki ədəd elektron tərəzi, 19 ədəd ov tüfənginin patronları aşkar edilərək, maddi sübut kimi götürülüb.

 

Faktla bağlı RPŞ-də saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş