Bakının yollarında sürət həddi endirilib

Xəbərlər

17.12.2020 - 10:37

Həkimlər Klinikalar SEO Xidməti

Sürücülərdən sürət həddinə əməl etmələri xahiş olunur

 

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti - Hava limanı - Mərdəkan və Zığ - Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib. AYNA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

 

Bildirilib ki, sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş edilir.

 

Eyni zamanda piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş