Bakının mərkəzində restoranda yanğın olub

Xəbərlər

08.12.2023 - 12:20

Restoranın havalandırma qurğusunda baş verən yanğın qısa müddətdə söndürülüb

Fövqəladə Hallar Nazirliyi Səbail rayonu, Xaqani küçəsində yerləşən restoranda baş verən yanğınla bağlı məlumat yayıb.

Qeyd olunub ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu, Xaqani küçəsində ictimai iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri çağırış üzrə cəlb olunublar.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində restoranın havalandırma qurğusunda baş verən yanğın qısa müddətdə söndürülüb.

Müəllif: Ayna.az