Bakının iki rayonunda qaz olmayacaq

Xəbərlər

04.06.2024 - 09:45

cedabet dərman SEO Xidməti

“Azəriqaz” İstehsalat Birliyi abonentlərə xəbərdarlıq edib

Bu gün Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq. Bu barədə AYNA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonunun Nardaran qəsəbəsində və Xəzər rayonunun Binə qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədi ilə iyunun 4-də saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə "See Breeze" istirahət mərkəzinin, Nardaran bağlar massivinin, Maştağa Yeni Sahə adlanan ərazinin və Abşeron küçəsinin, Xəzər rayonu üzrə isə Binə qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş