Bakının dünyanın idman paytaxtı olması üçün namizədliyi irəli sürülüb

İdman

21.04.2024 - 22:13

“Bakı ən azı 80-dən artıq bal toplamalıdır ki, 2026-cı ilin idman paytaxtı kimi təsdiqlənsin”

Bakının 12 kateqoriyaya əsasən dünyanın idman paytaxtına namizədliyi irəli sürülüb.

AYNA xəbər verir ki, bu barədə Avropanın İdman Paytaxtları Federasiyasının (ACES) baş katibi Huqo Alanso Kastanon "Bakının 2026-cı ildə dünyanın idman paytaxtına namizədliyi" mövzusunda təşkil olunan mətbuat konfransında bildirib.

O deyib ki, bu kateqoriyaların hər biri 100 ballıq şkala ilə qiymətləndiriləcək: "Bakı ən azı 80-dən artıq bal toplamalıdır ki, 2026-cı ilin idman paytaxtı kimi təsdiqlənsin. 1 həftə ərzində qiymətləndirmələr aparılacaq və biz yalnız bundan sonra Bakının idman paytaxtı seçilib-seçilməyəcəyi ilə bağlı suala cavab tapacağıq".

Müəllif: Ayna.az