AAYDA sürücülərdən yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edib
Neftçilər prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində 16 fevral saat 21:00-dan etibarən 17 fevral səhər saatlarınadək təmir işləri aparılacaq. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
“Sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.