Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Xəbərlər

30.05.2024 - 08:53

Paytaxtda sıxlıq olan yollar açıqlanıb

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. AYNA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət :

1. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

2. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

3. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

4. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

6. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

7. Babək prospekti, mərkəz istiqamətində;

8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

9. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

11. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Müəllif: Ayna.az