Magistral su xəttində qəza baş verib
Bu gün paytaxtın Xətai rayonunda su olmayacaq. AYNA xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.
Bildirilib ki, magistral su xəttində baş vermiş qəza ilə əlaqədar gün ərzində Xətai rayonunun Lütfi-zadə (keçmiş Telnov), Seyid Əzim Şirvani, Əliağa Şıxlinski, Səmədbəy Mehmandarov, İnqilab İsmayılov küçələrinə, Gəncə prospekti, Nəsrəddin Tusi və Şirvani küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.