Bakının bəzi ərazilərində içməli suyun verilişi dayandırılıb

Xəbərlər

26.06.2022 - 12:27

Magistral su kəmərində qəza baş verib

Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Səbail rayonunun Şıxov, Bibiheybət və 20-ci sahə ərazisinə içməli suyun verilişi dayandırılıb.

AYNA xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəisi Anar Cəbrayıllı deyib.

A.Cəbrayıllı bildirib ki, qəza briqadaları hadisə yerində işləyir.

Müəllif: Ayna.az