Bakıdan Sumqayıta yeni magistral yol çəkiləcək

Cəmiyyət

09.10.2020 - 20:11

Həkimlər Klinikalar SEO Xidməti

Paytaxtın strateji 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması planlaşdırılır

 

2027-ci ilin sonunadək Bakı və Sumqayıt şəhərlərini birləşdirəcək yeni magistral avtomobil yolunun inşası planlaşdırılır. AYNA-nın xəbərinə görə, bu barədə Bakı şəhərinin Baş Planı üzrə “Nəqliyyat şəbəkəsi” bölməsində məlumat verilib.

 

Belə ki, “Bakı-Sumqayıt” şosesində, Xırdalan və “20 Yanvar” dairələrində nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə paytaxtın strateji 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması planlaşdırılır.

 

2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğunun yerli əhəmiyyətli yollarla birlikdə 2300 kilometrdən 2550 kilometrə çatdırılması planlaşdırılır.

 

Bununla yanaşı, ictimai nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili planlaşdırılır. 2040-cı ilədək xüsusi hərəkət zolaqlarının ümumi uzunluğunun hazırkı 16 zolaq-kilometrdən 198,4 zolaq-kilometrə qədər genişləndirilməsi nəzərdə tutulur.

 

Planı çərçivəsində velosiped nəqliyyatının inkişafı və müvafiq infrastrukturunun yaradılması planlaşdırılır. 2040-cı ilədək velosiped zolaqları şəbəkəsinin ümumi uzunluğunun təxminən 250 kilometr təşkil edəcəyi nəzərdə tutulur.

 

Qeyd edilib ki, hazırda paytaxtın küçə-yol şəbəkəsi əsasən radial-həlqəvi nəqliyyat marşrutları üzrə təşkil edilib. Gələcəkdə həmin nəqliyyat marşrutlarının inkişaf etdirilərək diaqonal marşrutlara çevirməsi ilə məntiqi tamamlandırılması prinsipi də əsas götürülərək paytaxtın yeni nəqliyyat planlaşdırılma sxemi hazırlanıb. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş