Bakıdan Naxçıvana gedən təyyarə plandankənar eniş edib

Xəbərlər

04.07.2021 - 11:43

Həkimlər Klinikalar SEO Xidməti

AZAL-ın təyyarəsinin eniş etmə səbəbi kondisionerdəki texniki nasazlıq olub

 

Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən "Azərbaycan Hava Yolları"na məxsus "Airbus A319" təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş etməyi xahiş edib.

 

"Azərbaycan Hava Yolları" QSC-dən AYNA-ya verilən məlumata görə, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.

 

Təyyarə Bakı vaxtı ilə saat 08:01-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib.

 

Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş