Yanğın yük maşının mühərrik hissəsində baş verib
Bakının Səbail rayonunda yük avtomobilində yanğın olub. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Salyan şossesinin Səbail rayonundan keçən hissəsində qeydə alınıb. Yanğın avtomobil daşıyan yük maşının mühərrik hissəsində baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.
Araşdırma aparılır.