Bakıda yeniyetmə qətlə yetirilib

Hadisə

03.10.2024 - 11:12

Hadisəni törətməkdə şübhəli bilinən həmyaşıdı saxlanılıb

Bakıda yetkinlik yaşına çatmayan şəxsin ölməsi faktı üzrə cinayət işi başlanıb. AYNA xəbər verir ki, bu barədə Sabunçu Rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, oktyabrın 2-si Sabunçu rayonu ərazisində yetkinlik yaşına çatmayan R.B-nin (şərti) almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla yetkinlik yaşına çatmayan K.N-nin (şərti) rayonun Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla bud nahiyəsinə xəsarət yetirməsi nəticəsində R.B-nin (şərti) müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, K.N (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş