Yeniyetmə təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb
Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Yaşadığı evdə dəm qazından zəhərlənən 2007-ci il təvəllüdlü Ağayeva Məhrub Mehman qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.