Bakıda yaşayış binasında yanğın olub

Hadisə

24.10.2022 - 20:27

Həkimlər Klinikalar SEO Xidməti

Digər mənzillər yanğından mühafizə olunub

Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 156 ünvanında yerləşən çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq xüsusi təyinatlı texnikanın – avtonərdivanın tətbiqi ilə yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə, habelə digər mənzillərə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində ümumi sahəsi 65 kvadratmetr olan mənzilin mətbəxi və dəhlizinin yanar konstruksiyaları 12 kvadratmetr sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş