Bakıda yaşayış binasında yanğın: 12 nəfər tüstüdən zəhərlənib

Hadisə

31.10.2024 - 22:17

Həkimlər Klinikalar SEO Xidməti

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib

Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

FHN-dən AYNA-ya verilən məlumata görə, nazirliyin qüvvələrinin operativ müdaxiləsi sayəsində onyeddimərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş