Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Gecəyə doğru yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək Gecə 20-25° isti, gündüz 26-30° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət 55-65% olacaq.
Rayonlara gəlincə, şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Arabir güclənən qərb küləyi əsəcək. Gecə 19-23° isti, gündüz 26-31° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.