Bakıda yağış dekabrın 4-ü səhərədək davam edəcək

Xəbərlər

03.12.2024 - 15:28

Həkimlər Klinikalar SEO Xidməti

Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir. AYNA xəbər verir ki, bu barədə Xidmətdən bildirilib.

Qeyd olunub ki, dekabrın 3-ü saat 13:00-a olan məlumata əsasən, hazırda yarımadanın bəzi yerlərində yağıntılar leysan xarakterlidir.

Bildirilib ki, müşahidə olunan leysan xarakterli yağışın fasilələrlə dekabrın 4-ü səhərədək davam edəcəyi gözlənilir.

Müəllif: Ayna.az