Bakıda Vensin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR (VİDEO)

Xəbərlər

10.02.2026 - 18:07

Azərbaycan Prezidenti ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensi qarşılayıb

Fevralın 10-da ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin rəsmi qarşılanma mərasimi olub.

AYNA.AZ xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ABŞ-ın vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi ABŞ-ın Vitse-prezidentinə raport verib.

ABŞ və Azərbaycan Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Vitse-prezidenti Ceyms Devid Vensə, Amerika Birləşmiş Ştatları nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin qarşısından keçib.

Sonra rəsmi foto çəkdirilib.

Bakıda Vensin rəsmi qarşılanma mərasimi olub - Bakıda Vensin rəsmi qarşılanma mərasimi olub - Bakıda Vensin rəsmi qarşılanma mərasimi olub - Bakıda Vensin rəsmi qarşılanma mərasimi olub - Bakıda Vensin rəsmi qarşılanma mərasimi olub - Bakıda Vensin rəsmi qarşılanma mərasimi olub - Bakıda Vensin rəsmi qarşılanma mərasimi olub - Bakıda Vensin rəsmi qarşılanma mərasimi olub -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş