Aprelin 4-ü axşam saatlarına olan məlumata əsasən, səhər saatlarından başlayan güclü şimal-qərb küləyi artıq zəifləyib.
AYNA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
G.Məmmədova qeyd edib ki, hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 14 m/san, bölgələrdə isə 12-17 m/saniyədir.