“Müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır”
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakı və Abşeron yarımadasında şimal-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur.
AYNA-nın xəbərinə görə, Xidmətin əməkdaşı Gülnarə Abbasova bildirib ki, hazırda Bakı və Abşeronda havada tozun miqdarı normadan 2.5 dəfə çoxdur. Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.
G.Abbasovanın sözlərinə görə, belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.