Tikilinin qalan hissəsi yanğından mühafizə olunub
Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 104 ünvanında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ümumi sahəsi 1800 m² olan, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərin (taxta emalı sexi, boyama sexi və bir hissəsi anbar kimi istifadə olunur) yanar konstruksiyaları və içərisində olan əşyalar 70 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.