Bakıda ticarət obyektindəki yanğın söndürülüb

Hadisə

14.10.2022 - 11:04

Həkimlər Klinikalar SEO Xidməti

FHN məlumat yaydı

Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən ikimərtəbəli obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.

AYNA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd edək ki, bu gün FHN "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən ikimərtəbəli tikilidə (birinci mərtəbəsi ticarət obyekti kimi fəaliyyət göstərir) yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş