Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən yanğınla bağlı məlumat yayıb
Bakı şəhəri, Nəsimi rayonu, A.Puşkin küçəsində ticarət mərkəzində yanğın olub.
AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Nazirliyin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.