Bakıda şirniyyat emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Xəbərlər

30.01.2025 - 22:49

Həkimlər Klinikalar SEO Xidməti

Xidmətlərin göstərilməsi dayandırılıb: rəhbərlik barəsində inzibati protokol tərtib olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarının Bakının Sabunçu rayonunda fiziki şəxs Ağalarov Məmməd Ədnan oğluna məxsus şirniyyat emalı müəssisəsində apardığı yoxlama zamanı normativ tələblərin pozulduğu, sanitariya norma və qaydalarına əməl edilmədiyi məlum olub.

AQTA-dan AYNA-ya verilən məlumata görə, müəssisədə texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, emal zamanı istehlaka yararsız məhsullardan istifadə olunduğu aşkarlanıb.

Faktla bağlı müəssisədə işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş