Bakıda şirkətdə yanğın olub

Hadisə

11.12.2022 - 11:04

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb

Bakı şəhərinin Binəqədi rayonunda “Uzun Ömür Süd Məhsulları" MMC-nin ərazisində ümumi sahəsi 80 m² olan tikilinin dam örtüyünün taxta atmaları, içərisində bir ədəd transformator, bir ədəd generator və əşyalar (şüşə qablar, plastik taralar və.s) yanıb, bitişik ümumi sahəsi 100 m² olan talvarın lambirdən ibarət tavanı əriyib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya verilən məlumata görə, ərazidə olan digər sexlər və anbar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş