Nəsimi polisi əməliyyat keçirib
Bakının Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər nəticəsində rayon ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən 19 yaşlı A.Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində saxlanılan şəxsin “Tufan” və “Minsk” markalı 2 motosikleti qaçırması, ümumi dəyəri 2 min100 manat olan 2 mopedi və bir qadına məxsus mobil telefonu oğurlaması müəyyən edilib.
Araşdırma aparılır.