Baş verən ölüm faktı araşdırılır
Bakıda, Binəqədi rayonunda sexin döşəməsinin çökməsi nəticəsində baş verən ölüm faktı araşdırılır. AYNA.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.
Qeyd olunub ki, sentyabrın 17-də Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən müəssisələrdən birində tikişçi işləyən Güllü Qədiməliyevanın müəssisə binasının 2-ci mərtəbəsində istifadə olunmayan boş otaqların birinə daxil olarkən döşəmənin sınması səbəbindən sonuncunun binanın birinci mərtəbəsinə beton səthə yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.