Qanunsuz ağac kəsilməsi ilə bağlı araşdırmaya başlanılıb
Bakıda qanunsuz ağac kəsilməsi ilə bağlı araşdırmalara başlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən fevralın 28-də S.S.Axundov küçəsində 10 ədəd şam ağacının Firqət Əhmədov və Sahib Məmmədov tərəfindən kəsilməsi müəyyən olunub.
Araşdırma aparılır.