Bakıda qazi adı ilə dilənçilik edən şəxs tutulub - VİDEO

Xəbərlər

03.05.2022 - 11:36

Həkimlər Klinikalar SEO Xidməti

Ümid Məmmədovun əməlləri ifşa olunub

Paytaxtda özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə əlil arabasında dilənçilik edən şəxsin əməlləri polis tərəfindən ifşa edilib.  AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə ənənəvi üsullardan kənar yollarla dilənçilik fəaliyyəti ilə məşğul olub.

Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan Ü.Məmmədov barəsində araşdırmalar davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş