Bakıda qarın hündürlüyü 20 santimetrə çatıb

Xəbərlər

24.02.2021 - 13:36

Milli Hidrometeorologiya Xidməti faktiki hava şəraitini açıqlayıb

 

Milli Hidrometeorologiya Xidməti fevralın 24-ü saat 12:00-a olan hava şəraitini açıqlayıb. Xidmətdən AYNA-ya bildirilib ki, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, İsmayıllı, Qrız, Mərəzə, Altıağac, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsu, Kişçay (Şəki), Sarıbaş (Qax), Nabrana qar yağıb.

 

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 47, Şahdağda 27, Lerikdə 16, Qrızda 14, Gədəbəydə 12, Xaltan, Şamaxıda 11, İsmayıllıda 10, Mərəzədə 9, Qusarda 8, Qubada 7, Kişçayda (Şəki) 6, Lənkəran, Altıağac, Şabranda 4, Xınalıq, Oğuz, Qəbələdə 3, Astarada 2, Şəki, Xaçmaz, Yardımlıda 1, Bakıda 20, Sumqayıtda 8, Binədə 6, Maştağada 5 santimetr olub.

Müəllif: Ayna.az