Bakıda qanunsuz ov edən şəxslər saxlanılıb

Xəbərlər

22.01.2026 - 20:19

Saxlanılanlardan 2 ədəd ov silahı, patronlar və qanunsuz ovlanmış müxtəlif növ çöl quşları aşkarlanıb

Bakının Qaradağ rayonunda qanunsuz ov edən iki nəfər saxlanılıb. Bu barədə AYNA.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Qaradağ RPİ-nin 38-ci PŞ əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı Sahil qəsəbəsi ərazisində müvafiq icazələri olmadan qanunsuz ov edən 2 nəfər saxlanılıb.

Araşdırmalarla onların Lənkəran rayon sakinləri H.Kərimov və R.Əkbərov olduqları müəyyən edilib.

Həmin şəxslərdən 2 ədəd ov silahı, patronlar və qanunsuz ovlanmış müxtəlif növ çöl quşları aşkarlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş