Bakıda poliklinikanın qarşısında ər arvadını bıçaqlayıb

Hadisə

22.01.2023 - 23:06

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə Cavadxan küçəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü İsmayılova Pərvanə Əhməd qızı 20 saylı poliklinikanın qarşısında bıçaqlanıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, fakt araşdırılır. Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az