Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Alışov Siyavuş Qadir oğlu “Lido” restoranının yaxınlığında yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əziyi diaqnozu qoyulub.