Bakıda oğul atasını bıçaqladı

Hadisə

17.08.2020 - 15:50

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

 

Bakıda oğul atasını bıçaqlayıb. AYNA-nın APA-ya istinadən xəbərinə görə, hadisə paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb.

 

Belə ki, ailə daxilində düşən mübahisə zamanı 1973-cü il təvəllüdlü İbadov Vəkil Almurad oğlu öz oğlu tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az