Şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb
Yasamal rayonu ərazisində yerləşən ofislərin birində seyfdən qeyri-aşkar şəraitdə 14 800 manat pul oğurlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.