Bakıda 5 yaşlı uşağı avtomobil vurub

Hadisə

30.03.2024 - 22:57

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AYNA-nın “Report”a istinadən məlumatına görə, nənəsi ilə yolu keçən 2019-cu il təvəllüdlü Vəliyev Amil Emil oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Müəllif: Ayna.az