Bakıda mənzildən 72 yaşlı qadın meyiti tapılıb

Hadisə

14.04.2021 - 04:14

Meyit aidiyyəti üzrə təhvil verilib 

 

Bakı şəhərinin Xətai rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

 

Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Əliyeva Məryəm Nəsib qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az